Şair Əşrəf Veysəlli vəfat etdi

Şair Əşrəf Veysəlli vəfat etdi Mədəniyyət

Şair Əşrəf Veysəlli vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı məlumat verib.

O bildirib ki, Əşrəf Veysəlli bu gün "Sumqayıt Hospital"da vəfat edib.

Qeyd edək ki, Əşrəf Veysəlli 1938-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndində anadan olub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra Sumqayıtda işləməyə başlayıb, o vaxtdan da bu şəhərdə yaşayıb. Ötən əsrin 50-ci illərindən ədəbi mühitdə olub. // APA