Şair Arif Buzovnalı dəfn edildi - Yeniləndi 1 - Foto

Şair Arif Buzovnalı dəfn edildi - Yeniləndi 1 - Foto Mədəniyyət

Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib.

News24.az xəbər verir ki, bununla bağlı Apa-ya mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, o bu gün yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, A.Buzovnalının 53 yaşı var idi.


“Özüm də səhhətimlə bağlı müalicə aldığım üçün son zamanlar Ariflə görüşə bilmirdik. Təxminən 1 il əvvəl ona xərçəng xəstəyliyi diaqnozu qoyulmuşdu. Həmin müddətdən bəri müalicə alırdı”.

News24.az xəbər verir ki, bu sözləri aktyor, rejissor Mahir Dərviş deyib.

O bildirib ki, son zamanlar Arif Buzovnalının səhhəti xeyli pisləşib:

“Bu yaxınlarda ortaq bir dostumuz dedi ki, Arifin vəziyyəti o qədər də yaxşı deyil. Fikirləşdirdim ki, səhhətim bir az düzəlsin gedib baş çəkərəm. Heyf, qismət olmadı. Arif Buzovnalı çox istedadlı şair və qəzəlxan idi”. (Yenisaba.az)

Qeyd edək ki, Azərbaycan Yazıçılar birliyinin üzvü şair, qəzəlxan Arif Buzovnalı Buzovna qəbiristanlığında dəfn ediləcək.

11:56


Şair, qəzəlxan Arif Buzovnalı Buzovna qəbirstanlığında dəfn edilib.

News24.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Arif Buzovnalı ilə vida mərasimi Buzovnada yerləşən Məşədi Qərib məscidində keçirilib.(APA )