Arzu Rzayevə vəzifə verilib? - Açıqlama
Mədəniyyət
Mən Azərbaycan Dövlət Akademik Musiqili Teatrına direktor müavini təyin olunmamışam. Mənim adım məşhur olduğuna görə, belə xəbərlər yayılır.
Bunu Teleqraf-a açıqlamasında müğənni Arzu Rzayev deyib.
"Teatra direktor müavini təyin edilən Arzu Rzayev Asif oğludur, mən isə Ələkbər oğluyam. Həmin şəxsi isə tanımıram", - müğənni bildirib.