"Atam bizə görə yenidən evlənmədi" - Nəriman Həsənzadənin oğlu

"Atam bizə görə yenidən evlənmədi" - Nəriman Həsənzadənin oğlu Mədəniyyət

"Mən dünyamı itirmişəm".

News24.az xəbər verir ki, bunu Xalq şairi Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə deyib.

Onun sözlərinə görə, atası onlara görə ikinci dəfə evlənməyib: "Anam vəfat edəndən sonra atam evlənmədi. Dedi ki, mən evə ikinci qadın gətirə bilmərəm. Hər axşam məni gözləyirdi".

O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya diqqətlərinə görə təşəkkür edib./Unikal