Aygün Bəylərin dəfn yeri və saatı barədə - AÇIQLAMA

Aygün Bəylərin dəfn yeri və saatı barədə - AÇIQLAMA Mədəniyyət

Aygün Hümmətovanın (Bəylər) dəfn yeri və saatı ən yaxın müddətdə açıqlanacaq.

News24.az bildirir ki, bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Əməkdar artist uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib. Müğənni Ankaraya müalicə üçün getmişdi.

Aygün Bəylərin nəşinin ölkəyə gətirilib-gətirilmədiyi bilinmir.