“Kədərli gözlərin üçün darıxacağam” - Flora Aygündən yazdı
Mədəniyyət
Xalq artisti Flora Kərimova Əməkdar artist Aygün Bəylərin vəfatından yazıb.
News24.az xəbər verir ki, o fikirlərini sosial şəbəkədə bölüşüb:
“Aygünüm… Sənsizliyə ağlamaq, xiffətini çəkməkdəmi qədərim imiş?! Darıxacağam, qızım, səmimiyyətin üçün darıxacağam, saflığın üçün darıxacağam, kədərli gözlərin üçün darıxacağam. Sənin yoxluğuna inana bilmirəm. Rahat uyu. Öz nəğmələrin ruhunun laylası olsun! Səsində yaşayan ruhunu qucaqlayıb öpürəm”.