“Azərbaycan teatr tarixində ehtiramla xatırlanacaq” - Nazir
Mədəniyyət
“Şarovskinin yaradıcılığı və ictimai fəaliyyəti dövlət tərəfindən daim diqqətdə saxlanılıb və yüksək qiymətləndirilib”.
News24.az xəbər verir ki, bunu Mədəniyyət naziri Adil Kərimli Xalq artisti Aleksandr Şarovski ilə vida məasimində deyib. O, Şarovskinin Azərbaycan mədəniyyət və incəsənət həyatında özünəməxsus yeri olan sənətkarlardan biri olduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyeva da sənətkarın fəaliyyətinə xüsusi diqqət göstərib və onun ictimai təşəbbüslərinə dəstək verib.
“Şarovski xüsusilə Azərbaycanda multikultural dəyərlərin təbliği və inkişafı istiqamətində mühüm xidmətlər göstərib. Aleksandr Şarovskinin Azərbaycan teatrına verdiyi töhfələr, yetişdirdiyi sənət məktəbi və uzun illər ərzində səhnədə nümayiş etdirdiyi peşəkarlıq onun irsinin mühüm hissəsidir. Sənətkarın adı və yaradıcılığı Azərbaycan teatr tarixində qalacaq və gələcək nəsillər tərəfindən də ehtiramla xatırlanacaq”.