Balaəli ailəsindən danışdı - “Sevib evlənmişəm”

Balaəli ailəsindən danışdı - “Sevib evlənmişəm” Mədəniyyət

Meyxanaçı Balaəli şəxsi həyatından danışıb. 

News24.az Lent.az-a istinadla xəbər verir ki, o qatıldığı şou proqramların birində çox xoşbəxt olduğunu deyib. 

“Xanımımı görüb bəyənmişdim. Təsadüfən anam da mənə onun adını çəkdi, dedi istəyirəm o qızla evlənəsən. Ailəmlə xoşbəxtəm. 6 yaşında Dəniz adlı bir qızım var”,- deyə o bildirib. 

O söyləyib ki, tək dərdi anasını itirməyidir: 

"Çox istərdim o mənim bu günlərimi, əlimin çörəyə çatdığını görəydi".