Balet artistlərimizin uğurlu çıxışı

Balet artistlərimizin uğurlu çıxışı Mədəniyyət

Qazaxıstanda balet artistlərimizin uğurla çıxış edib.

News24.az bildirir ki, Astana şəhərində keçirilən beynəlxalq festivalda Bakı Xoreoqrafiya Akademiyasının tərkibində fəaliyyət göstərən balet artistlərimiz Aza Nurullayeva və Səbinə Məmmədova ölkəmizi müvəffəqiyyətlə təmsil ediblər. 

Qeyd edək ki, festival Böyük Vətən Müharibəsinin 80-ci il dönümünə həsr edilmişdir. Tədbir 7-10 aprel tarixlərində baş tutmuşdur. Həmin festivalda Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Qazaxıstandan olan qruplar da iştirak etmişdir.