Conni Depp məşhur əsəri ekranlaşdıracaq
Mədəniyyət
Hollivud ulduzu Conni Depp “Master və Marqarita” əsərinin ekranlaşdırılmasına hazırlaşır.
News24.az xəbər verir ki, mediada yayılan məlumatlara görə, aktyor təkcə filmin prodüseri kimi çıxış etmir, həm də aktyor heyətinə qoşulmaq imkanını nəzərdən keçirir.
Kinolent Deppin rəhbərlik etdiyi “IN.2 Film” studiyası tərəfindən prodüserlər Svetlana Dali və Qreys Lo ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq.