"Əhəmiyyətli dərsliklər Azərbaycan dilinə tərcümə edilsin"

"Əhəmiyyətli dərsliklər Azərbaycan dilinə tərcümə edilsin" Mədəniyyət
Dramaturgiya problemlərini tələbələrə öyrətmək üçün Azərbaycan dilinə təcili tərcümə olunması gərəkli dərsliklər var.

News24.az xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda kinorejissor Oleq Səfərəliyev deyib.

Onun sözlərinə görə, indiyə qədər dramaturgiyanın problemlərini tələbələrə öyrədəcək dərsliklər Azərbaycan dilinə tərcümə edilməyib: "Ona görə xahiş edirəm, dünyada təsdiq olunmuş əhəmiyyətli dərsliklər Azərbaycan dilinə tərcümə edilsin".