Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi

 Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi Mədəniyyət

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Eşitmə Məhdudiyyətli Şəxslərin II Mədəniyyət Festivalı keçirilib. Festival zəngin sərgi, inklüziv səhnə nömrələri, musiqi çıxışları, rəqs kompozisiyaları, tamaşa və digər yaradıcı təqdimatlarla 100-ə yaxın uşaq və gənci bir araya gətirib.

News24.az xəbər verir ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin rəsmi dəstəyi, “Ümid Var” İnklüziv Yaradıcılıq Birliyi, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi və “Karlara Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı, PASHA Holding sponsorluğu ilə həyata keçirilib.

Festivalın əsas məqsədi eşitmə məhdudiyyətli şəxslərin yaradıcılıq potensialını üzə çıxarmaq, onların incəsənət və mədəniyyət sahəsində bacarıqlarını nümayiş etdirmək, eyni zamanda inklüziv cəmiyyətin inkişafına töhfə verməkdir.

Tədbir eşitmə məhdudiyyətli rəssam və fotoqrafların əsərlərindən ibarət sərgi, həmçinin onların hazırladıqları əl işlərinin nümayişi ilə başlayıb.

Festival çərçivəsində ilk dəfə olaraq Azərbaycanda Dövlət Akademik Musiqili Teatrın Viktor Hüqonun məşhur “Paris Notr-Dam kilsəsi” əsərinin motivləri əsasında hazırladığı “Paris Notr-Dam kilsəsinə ithaf” tamaşasından bir hissə təqdim olunub. Tamaşa peşəkar aktyorlar Nicat Əli, Mehriban Zaliyevayla yanaşı, eşitmə məhdudiyyətli balaca aktyor Emil Əzimovum iştirakı ilə işarə dili vasitəsilə yeni tərtibatda nümayiş etdirilib. Rejissor Samir Qulamovun rejissorluğu ilə birlikdə məşqlərin nəticəsində tamaşa gur alqışlarla qalrılanıb.

Proqramda Xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, əməkdar artist Fərqanə Qasımova, Dilarə Əliyeva həmçinin sənətçilər Mərdan Kazımov, Orxan Zeynallı və Tofiq Hacıyev eşitmə məhdudiyyətli uşaqlarla birlikdə hazırlanan musiqi nömrələri ilə çıxış ediblər.

Festival iştirakçıları əsasən Bakı şəhəri 2 və 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəblərinin şagirdləri olub. Onlar təşkilatçıların və yaradıcı heyətin rəhbərliyi ilə üç ay davam edən intensiv məşqlər nəticəsində festival proqramına hazırlanıb.

Qeyd edək ki, Eşitmə Məhdudiyyətli Şəxslərin II Mədəniyyət Festivalının əsas məqsədi cəmiyyətin bütün üzvlərini bir araya gətirmək, müxtəlif bacarıqlara malik insanların ölkənin mədəni və bədii həyatında iştirak etmək üçün bərabər imkanlara sahib olduğunu nümayiş etdirmək və inklüzivliyin inkişafına töhfə verməkdir.

 Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi  Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi  Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi  Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi  Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi  Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi  Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi  Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi  Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi  Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi  Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi  Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi  Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi  Eşitmə məhdudiyyətli şəxslərin II mədəniyyət festivalı keçirildi