Əməkdar artist medalla təltif edildi

Əməkdar artist medalla təltif edildi Mədəniyyət

Əməkdar artist Almaz Ələsgərli medalla təltif olunub.

News24.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.

“Dünən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində yubileyimə həsr olunmuş “Gülçöhrə və Əsgər” tamaşasından sonra mənim üçün unudulmaz bir an yaşandı.

Uzun illər milli teatr və estrada sənətinin inkişafına verdiyim töhfələrə görə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən “Teatr Fədaisi” medalı ilə təltif olundum. Həmçinin Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Fəxri Fərmanına layiq görüldüm.

Bu dəyərli təltiflərə görə təşəkkürümü bildirir, sənətə həsr etdiyim illərin belə yüksək qiymətləndirilməsini böyük qürur və minnətdarlıq hissi ilə qarşılayıram”, - Almaz Ələsgərli bildirib.