Fərda uşaqlıqda başına gələn möcüzədən - DANIŞDI

Fərda uşaqlıqda başına gələn möcüzədən - DANIŞDI Mədəniyyət

Aktyor Fərda Amin teleproqramlardan birində başına gəlmiş maraqlı bir hadisə barədə danışıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, aktyor üçüncü sinfə qədər danışa bilmədiyini, nitqinin qüsurlu olduğunu deyib.

“Sinifdə uşaqlar lağ edirdilər, pərt olurdum. B, r, o hərflərini deyə bilmirdim. Həyəcanlananda, daha çox kəkələyirdim, dilim batırdı. Ağlayırdım. Balaca idim, Allaha dua eləməyi də bilmirdim, eləcə arzu edirdim ki dilim açılsın.

O zaman atamın işinə görə, Lerikdə yaşayırdıq. Bir gecə yuxuda mənə dedilər ki, anana de səni Babagil pirinə aparsın. Yuxudan ağlayaraq durub anama dedim. O zamana qədər evdəkilər də bu pir barədə heç nə eşitməmişdilər. Səhər məni pirə apardılar. Evə gəldim yatdım. Yuxudan duranda problemsiz danışa bilirdim”, - o bildirib.