Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır

Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Mədəniyyət

Azərbaycanda genişmiqyaslı Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı keçirilir.

News24.az xəbər verir ki, xalq artisti, tanınmış opera müğənnisi Fidan Hacıyevanın 50 illik yubileyinə və 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunan festival 7 sentyabr – 7 dekabr tarixlərində Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində və xarici ölkələrdə keçiriləcək.

Festivalın proqramı çərçivəsində opera və kamera musiqisi gecələri, simfonik konsertlər, ustad dərsləri, ədəbi-bədii görüşlər və maarifləndirici tədbirlər təşkil olunacaq. Beynəlxalq proqram çərçivəsində Fidan Hacıyevanın Paris, London, Milan və Minskdə də çıxışları nəzərdə tutulub.

Festival yalnız konsertlər silsiləsi deyil, həm də klassik musiqinin təbliği və gənc istedadların dəstəklənməsinə yönəlmiş genişmiqyaslı mədəni-maarifləndirici platforma kimi hazırlanıb. Proqramda xüsusi yer tutan “Gənc səslər gələcəyə səslənir” layihəsi gənc vokalçıların üzə çıxarılmasına və onların peşəkar inkişafına yeni imkanlar yaradılmasına xidmət edir.

Festivalın açılışı sentyabrın 7-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Açılışdan bir neçə gün əvvəl media nümayəndələri üçün xüsusi konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan və dünya klassik musiqisinin seçilən nümunələri səsləndirilib.

Gecədə xalq artisti Fidan Hacıyevanın ifasında Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı və Jorj Bizenin “Karmen” operasından məşhur “Habanera” səsləndirilib.

Konsert proqramında gənc vokalçıların çıxışları da xüsusi yer tutub. Gülsüm Xəlilova Vincenzo Di Chiara-nın “La Spagnola”, Niyazinin “Arzu” və Ruggiero Leoncavallonun “Mattinata” əsərlərini təqdim edib. Anar Xanməmmədli Tofiq Quliyevin “Sənə də qalmaz”, Rauf Məmmədzadə isə Ernesto De Curtisın “Torna a Surriento” əsəri ilə çıxış edib.

Fərhad Xammədzadənin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin nəğməsi – “Axtarıb tapdım səni”, həmçinin məşhur “O sole mio” əsəri səsləndirilib. Ləman Babazadə isə Tofiq Quliyevin “Arzular” mahnısını təqdim edib.

Konsertin yaddaqalan məqamlarından biri “Mezzo” uşaq xorunun ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızların xoru” əsərinin səsləndirilməsi olub. Gecə Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə tamamlanıb.

Tədbirdə çıxış edənlər Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalının Azərbaycan mədəni həyatında xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynova və Əməkdar artist Dilarə Əliyeva festivalın klassik musiqinin təbliği, gənc istedadların dəstəklənməsi və beynəlxalq mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd ediblər.

Üç ay davam edəcək festival Azərbaycan opera sənətinin zəngin ənənələrini yaşatmaqla yanaşı, yeni istedadların üzə çıxarılmasına, klassik musiqinin daha geniş auditoriyaya çatdırılmasına və milli musiqi irsinin beynəlxalq səviyyədə təbliğinə xidmət edəcək.

Festivalın möhtəşəm finalı dekabrın 7-də Heydər Əliyev Sarayında keçiriləcək “Karmen. Sənətkar ömrünün yarım əsri” adlı qala-konsertlə baş tutacaq.

Konsertdə xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri və tanınmış ispan flamenko kollektivi iştirak edəcək. Proqramda Jorj Bizenin “Karmen” operasından seçilmiş parçalarla yanaşı, Azərbaycan və dünya klassik musiqisinin nümunələri də səsləndiriləcək.

Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı Azərbaycan opera sənətinin ənənələri ilə müasir inkişaf istiqamətlərini bir araya gətirərək, sənətkarları, gənc ifaçıları və musiqisevərləri vahid sənət platformasında birləşdirəcək.

Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır Fidan Hacıyeva adına III Beynəlxalq Opera Festivalı başlayır