Fikrət Qoca Birinci Fəxri Xiyabanda - DƏFN OLUNACAQ
Mədəniyyət
Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca vəfat edib.
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə News24.az-a açıqlamasında bildirib ki, dəfn bu gün baş tutacaq: "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, "Şöhrət" ordenli Xalq şairimiz Fikrət Göyüş oğlu Qocayevin vəfatından kədərləndiyini bildirir. Fikrət Qoca Birinci Fəxri Xiyabanda (saat 16:00) dəfn ediləcək".
Qeyd edək ki, Fikrət Qoca 85 yaşında dünyasını dəyişib.