Firuzə İbadova əməliyyat olundu
Mədəniyyət
Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib.
Bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır.
Məsələ ilə bağlı News24.az Firuzə İbadovanın qızı Hülya ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, əməkdar artist dünən əməliyyat olunub və hazırda vəziyyəti yaxşıdır.
“Səhhətindəki problem aradan qaldırılıb. Hazırda vəziyyəti yaxşıdır”, – deyə Hülya qeyd edib.
Qeyd edək ki, Firuzə İbadova özəl xəstəxanalardan birində müalicə alır.