Flora Kərimova bir neçə günə evə buraxıla bilər
Mədəniyyət
Xalq artisti Flora Kərimova bir neçə günə müalicə aldığı xəstəxanadan evə buraxıla bilər.
News24.az xəbər verir ki, bu barədə sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
Onun sözlərinə görə, Xalq artistinin müalicəsi davam etdirilir:
"Səhhəti yaxşılaşır. Həkim nəzarəti altında müalicəsi aparılır, ola bilsin, üç günə evə buraxılsın. Bu, həkimlərin qərarından asılıdır".
Qeyd edək ki, bir neçə gün öncə Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb./Report/