"Harri Potter"in qətlə yetirilən aktyoruna abidə ucaldılacaq

"Harri Potter"in qətlə yetirilən aktyoruna abidə ucaldılacaq Mədəniyyət


Londonda "Harri Potter" filmindəki "Markus Belbi" obrazı ilə tanınan mərhum aktyor Rob Noksun abidəsi ucaldılacaq.

News24.az axşam.az-a istinadən xəbər verir ki, abidə şəhərin cənub-şərqində iyunun 8-də qoyulacaq.

Anım tədbirində sənətçinin ailəsi, dostları və həmkarları iştirak edəcək.

Qeyd edək ki, Rob Noks 2008-ci ilin mayında küçədə qətlə yetirilib. 18 yaşlı aktyor kiçik qardaşını iki mətbəx bıçağı ilə hədələyən şəxsdən qorumağa çalışarkən öldürülüb.