"Həyat tərzi pisdir" - Flora Kərimova GİLEYLƏNDİ

"Həyat tərzi pisdir" - Flora Kərimova GİLEYLƏNDİ Mədəniyyət

"Əgər sənət həyat tərzindən asılıdırsa, vay oldu həmin sənət".

News24.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Gündən-günə" proqramında deyib. 

Müğənni "Həyat get-gedə mürəkkəbləşir. İnsanlar bir-birini güclə başa düşür. Hər bir insan özü, ailəsi haqda düşünür. İstər-istəməz yorğanı üstünə çəkir, ailəni qoruyur. Həyat tərzi pisdir. Həyat tərzi sənət tərzindən asılıdır, çətinləşir. Amma sənətdə hörmət qazanmaq önəmlidir. Çünki hər sənətin arxasında şəxsiyyət durmasa, vay..." sözlərini əlavə edib.