İan Peart vəfat etdi

İan Peart vəfat etdi Mədəniyyət

Azəbaycan mədəniyyəti üçün əvəzsiz xidmətlər göstərən İan Peart dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu məlumat yayıb.

"İan ömrünün təxminən otuz ilini Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına həsr etdi. Tərcümə etdiyi kitablar, yazdığı məqalələr və gördüyü işlər onun bu ölkəyə olan sevgisinin ifadəsi idi.

Qızı Nərminə, kürəkəni Ömərə, yaxın dostu Şona və İanı sevən hər kəsə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin. Xatirəsi onu tanıyanların qəlbində və Azərbaycan mədəniyyətinə etdiyi xidmətlərdə yaşayacaq", - o əlavə edib.