Prezident və xanımı Tahir Salahovun dəfn mərasiminə əklil göndərib

Prezident və xanımı Tahir Salahovun dəfn mərasiminə əklil göndərib Mədəniyyət
Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun dəfn mərasiminə əklil göndərib.

News24.az-ın məlumatına görə, əklil mərhumun 1-ci Fəxri Xiyabanda məzarı üzərinə qoyulub. 

Qeyd edək ki, T.Salahov 92 yaşında, 21 may tarixində müalicə olunduğu Almaniyada vəfat edib. 

Foto: Fərid Şabanov