İlqar Muradov bu dəfə xalq artisti kimi konsert verəcək - AÇIQLAMA

İlqar Muradov bu dəfə xalq artisti kimi konsert verəcək - AÇIQLAMA Mədəniyyət
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla xalq artisti adına layiq görülən müğənni İlqar Muradov fəxri ad almağı ilə bağlı sevincini News24.az-la bölüşüb.

Hazırda ölkə xaricində olan İ.Muradov hisslərini belə dilə gətirib: "Xəbəri mənə böyük oğlum çatdırdı. Çox sevindim. Həm də sentyabr ayına konsert proqramı hazırlayıram".