Kino Agentliyi iki yeni layihə üzərində işləyir

Kino Agentliyi iki yeni layihə üzərində işləyir Mədəniyyət

“Mədəniyyət siyasətinə təsir edən iki yeni layihə işləyib hazırlamışıq”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov WUF13 çərçivəsində Mədəniyyət Nazirliyi və UNESCO tərəfindən keçirilən “UNESCO-nun Yaradıcı Şəhərləri və Davamlı Şəhər İnkişafı” adlı tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu layihələrdən biri mədəni məhsulların ixracına yönəlib. Layihə çərçivəsində mədəniyyət bazarı xəritələşdiriləcək. Digər layihə isə “İnvestisiya.gov” layihəsidir. Bu platforma vasitəsilə müxtəlif sənaye sahələri tərəfindən mədəni layihələrə sərmayə yatırılması nəzərdə tutulur. Hazırda bu alətlərin praktikada tətbiqi üzərində iş aparılır.

Rəşad Əzizov həmçinin bildirib ki, yaxın zamanda rəqəmsal sənətçilər və elektron musiqiçilər üçün “Yaradıcı Çardaq”, eləcə də “Azərbaycanfilm” kinostudiyasında gənc və müasir kinematoqrafçılar üçün “Yaradıcı Kino Mərkəzi” kimi yeni layihələrin icrası planlaşdırılır.