İlham Əliyevdən kino xadimlərinə fərdi təqaüd

İlham Əliyevdən kino xadimlərinə fərdi təqaüd Mədəniyyət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

News24.az-ın məlumatına görə, sərəncama əsasən Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Babayeva Zemfira Baba qızı
Sadıxova Zemfira Emin qızı.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.