Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olundu
Mədəniyyət
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub.
News24.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət Nazirliyi yayıb.
Bildirilib ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru vəzifəsinə təyinat olub.
Mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mustafa Aşurov ansambla direktor-baş dirijor təyin edilib.
Mustafa Aşurov son təyinatadək Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.