“Maykl” filmi tənqid hədəfinə çevrildi

“Maykl” filmi tənqid hədəfinə çevrildi Mədəniyyət

"Maykl" filmi nümayişdən əvvəl mübahisələr yaradıb.

News24.az xəbər verir ki, rejissor Antuan Fuquanın çəkdiyi film Maykl Ceksonun uşaqlıqdan şöhrətə gedən yolunu göstərir. Baş rolda Jafar Cekson çıxış edir.

Tənqidçilər filmin musiqi, xoreoqrafiya və səhnə performanslarını yüksək qiymətləndirsələr də, sənətçinin həyatındakı ən mübahisəli dövrlərin demək olar ki, göstərilmədiyini bildirirlər.

Rəylərdə qeyd olunur ki, film nostalji hiss yaratsa da, mövzunu tam əhatə etmir və ya daha “təhlükəsiz” formada təqdim edir.