Məmməd İsmayılın cənazə - NAMAZI QILINDI - FOTO/VİDEO

Məmməd İsmayılın cənazə - NAMAZI QILINDI - FOTO/VİDEO Mədəniyyət

Xəbər verdiyimiz kimi, ötən gün vəfat edən Məmməd İsmayılın nəşi Tovuzdakı evlərinə gətirilib. 

News24.az-ın xəbərinə görə, tanınmış şair bu gün vəsiyyətinə uyğun olaraq Tovuzda dəfn olunacaq.

Şairin vida mərasimində dostları, sənət adamları iştirak edib. Mərasimdə sənət dostları şair Məmməd İsmayılın şeirlərindən səsləndiriblər. Daha sonra şairi yola salmaq üçün cənazə namazı qılıblar. 

Qeyd edək ki, şairin nəşi cənazə namazından  sonra Məmməd İsmayıl kənd qəbiristanlğında dəfn ediləcək.

Aqil Qarayev

Məmməd İsmayılın cənazə - NAMAZI QILINDI - FOTO/VİDEO