"Mən Aygün Bəyləri nahaq musiqiyə gətirdim" - — ÖZƏL VİDEO
Mədəniyyət
"Adam söz tapmır deməyə. Mən hesab edirəm ki, ən böyük müğənnilərimizdən birini itirdik".
Bu sözləri RTV-yə açıqlamasında bəstəkar Cavanşir Quliyev Əməkdar artist Aygün Bəylərlər vida mərasimində deyib.
Bəstəkar fikirlərinə belə davam edib:
"O, bizi çox erkən qoyub getdi. Mən Aygünün ilk addımlarından yanında olmuşam. Hərdən düşünürəm ki, əgər onun o xəstəliyi yaşatdığı həyatdan olubsa, bəlkə mən onu nahaq musiqiyə gətirdim. Bu vəziyyətdə adamın başına çox fikirlər gəlir. Bizim onunla çox böyük planlarımız var idi..."
Daha ətraflıə videomaterialda: