"Mən dəliyəm ki, bütün şeirlərimi bir qadına yazım?" – Vaqif Bəhmənli deyiklisi ilə niyə evlənməyib?
Mədəniyyət
“Anam yuxuma girmir... Elə olur ki, hərdən Allah yuxuma girir, anam yuxuma girmir”.
News24.az xəbər verir ki, şair Vaqif Bəhmənli RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində uşaqlığı, ailəsi və valideynləri ilə bağlı xatirələrini bölüşüb.
9 yaşında ikən atasını itirən 10 uşaqlı ailənin bir üzvü olan şair anasının onları böyütmək üçün çəkdiyi əziyyətdən, bacıları ilə münasibətindən danışıb.
“Mənim beş bacım var. Onlar məndən ötrü balalarını İsmayıl qurbanı kimi kəsərlər. Bax o dərəcədə istək var. Amma beş bacı məni bu qədər istəsə də, onların hamısının istəyi üst-üstə yığılanda bir ananın istəyinə bərabər olmur. Ananın istəyi yenə yuxarıdır”, – o deyib.