Məşhur serial ulduzu suda boğulub öldü

Məşhur serial ulduzu suda boğulub öldü Mədəniyyət

“Cosby Family” serialının ulduzu Malkolm-Camal Uorner 54 yaşında suda boğularaq vəfat edib.

News24.az teleqraf-a istinadla xəbər verir ki, ailəsi ilə birlikdə Kosta-Rikada tətildə olan məşhur aktyor suda çimərkən boğulub. Çimərlikdəkilər ona ilkin yardım göstərsə də, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 1970-ci ildə Nyu Cersidə anadan olan Malkolm-Camal Uorner karyerasına uşaq yaşlarından başlayıb. “The Cosby Family” filmi ilə şöhrət qazanan məşhur aktyor 1984-1992-ci illərdə serialda Teodor (Teo) Huxtable obrazını canlandırıb.O, 1986-cı ildə bu roluna görə Emmi Mükafatına namizəd olub.


Məşhur serial ulduzu suda boğulub öldü