Məşhur aktirasa “AzDrama”-dan çıxarıldı
Mədəniyyət
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (“AzDrama”) aktrisası, Əməkdar artist Mehriban Xanlarova işdən çıxmaq üçün verdiyi ərizəsinin qəbul edildiyini açıqlayıb.
News24.az xəbər verir ki, aktrisa bu məlumatı sosial media hesabında paylaşıb. O bildirib ki, “AzDrama”nın direktoru İlham Əsgərov ərizəsini təsdiqləyib və bununla rəsmi olaraq işdən ayrılıb.
Qeyd edək ki, 58 yaşlı Mehriban Xanlarova 1998-ci ildən Akademik Dövlət Milli Dram Teatrında fəaliyyət göstərirdi. O, SSRİ Xalq artisti və müğənni Zeynəb Xanlarovanın qardaşı qızıdır.