Müharibə, terrorizm və iztirablara qarşı ilahi melodiya

Müharibə, terrorizm və iztirablara qarşı ilahi melodiya Mədəniyyət
Almaniyada yaşayan həmyerlimiz Seyran İsmayılxanov dünyanı bürümüş müharibə, terrorizm və iztirablara qarşı mübarizədən bəhs edən musiqi layihəsini təqdim edib. 

News24.az xəbər verir ki, estrada ifaçısı məşhur "Ave Maria" ("Pərvərdigarə") bəstəsini ekranlaşdırmaq qərarına gəlib. 

Bunun üçün o, ekran işinə də rejissorluq edib. Klip Almaniyada lentə alınıb və sənətçi staylinqi üzərində özü çalışıb. Ekran işində Seyrandan əlavə, Almaniyanın tanınmlş musiqiçi və skripaçı Anna Gold da yer alıb.

Klip sənətçinin rəsmi yutu platformasında yayımlanıb.