Nəriman Həsənzadə əsərləri ilə əbədi yaşayacaq - İsa Həbibbəyli
Mədəniyyət
“Nəriman Həsənzadə yüksək mənəvi keyfiyyətlərə malik, zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr vermiş söz ustalarından biri idi”.
News24.az xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasiminə deyib.
O qeyd edib ki, şairin əsərləri xalqın milli-mənəvi dəyərlərini, elmi və bədii düşüncəsini özündə əks etdirərək, ədəbi irsimizin zənginləşməsində mühüm rol oynayıb:
“Nəriman Həsənzadə çox gözəl insan idi. Onun yaradıcılığı çox yüksək olub. O, bizim elmi və mənəvi fikirlərimizi əsərlərində təqdim edirdi. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatına böyük töhfələr verib. O, cismən aramızdan ayrılsa da, yaratdığı əsərlərlə əbədi olaraq bizimlə yaşayacaq”.
İsa Həbibbəyli vurğulayıb ki, Nəriman Həsənzadənin zəngin ədəbi irsi gələcək nəsillər üçün də qiymətli mənəvi xəzinə olaraq qalacaq və onun adı Azərbaycan ədəbiyyatı tarixində daim ehtiramla xatırlanacaq.