Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn olunacaq - YENİLƏNDİ
Mədəniyyət
Xəbər verdiyimiz kimi, müasir poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib.
News24.az xəbər verir ki, Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Mərhum Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda dəfn ediləcək.
***
Mədəniyyət Nazirliyindən verilən məlumatda bildirilib ki, Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi sabah, 2 avqust, səhər saat 11 00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Mərhum Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda saat 13 00-da dəfn ediləcək.