News24.az-ın əməkdaşı beynəlxalq müsabiqədə - MÜKAFATLANDIRILDI-FOTO

News24.az-ın əməkdaşı beynəlxalq müsabiqədə - MÜKAFATLANDIRILDI-FOTO Mədəniyyət
Gilavar Foto Klubunun təşkilatı dəstəyi ilə ardıcıl altıncı dəfə keçirilən Azerbaijan Photo Salon 2023 adlı beynəlxalq foto müsabiqəyə yekun vurulub. 

News24.az xəbər verir ki, foto müsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası, Amerika Fotoqraflar Cəmiyyəti, Qlobal Fotoqraflar Birliyi və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatının xüsusi icazələri ilə keçirilib. Müsabiqəyə dünyanın 62 ölkəsindən 337 fotoqraf tərəfindən 4 min 779 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səhayət mövzuları üzrə təqdim olunan fotolar İtaliya və Misirdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Klubun sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, Azerbaijan Photo Salon 2022 adlı beynəlxalq foto müsabiqə altıncı dəfədir ki, həyata keçirilir: “Bu cür beynəlxlaq foto müsabiqələri keçirtməkdə məqsədimiz həm fotoqraflarımızın nüfuzlu yarışlarda iştirakına şərait yaratmaq, həm də ölkəmizi təbliğ etməkdir. Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 245 mükafata 43 ölkənin 166 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaşxılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan 8 fotoqrafımız müsabiqədə seçiliblər. Onlar 3-ü medal olmaqla toplam 12 mükafat əldə ediblər”.

Qeyd edək ki, sözügdən müsabiqədə News24.az-ın əməkdaşı Teymur Məmmədov da fərqlənib. O, iki fəxri lent qazanıb.

Eləcə də, Famil Mahmudbəli,qızıl medal və fəxri lent, Kərim Abbasov bir gümüş, bir bürünc medal və fəxri lent, Dilavər Nəcəfov, Nurlan Tahirli,  Nadejda Cavadova, Vüqar İbadov və Tofiq Babayev bir fəxri lent qazanıblar.

News24.az-ın əməkdaşı beynəlxalq müsabiqədə - MÜKAFATLANDIRILDI-FOTO News24.az-ın əməkdaşı beynəlxalq müsabiqədə - MÜKAFATLANDIRILDI-FOTO News24.az-ın əməkdaşı beynəlxalq müsabiqədə - MÜKAFATLANDIRILDI-FOTO News24.az-ın əməkdaşı beynəlxalq müsabiqədə - MÜKAFATLANDIRILDI-FOTO News24.az-ın əməkdaşı beynəlxalq müsabiqədə - MÜKAFATLANDIRILDI-FOTO News24.az-ın əməkdaşı beynəlxalq müsabiqədə - MÜKAFATLANDIRILDI-FOTO News24.az-ın əməkdaşı beynəlxalq müsabiqədə - MÜKAFATLANDIRILDI-FOTO News24.az-ın əməkdaşı beynəlxalq müsabiqədə - MÜKAFATLANDIRILDI-FOTO News24.az-ın əməkdaşı beynəlxalq müsabiqədə - MÜKAFATLANDIRILDI-FOTO News24.az-ın əməkdaşı beynəlxalq müsabiqədə - MÜKAFATLANDIRILDI-FOTO