Ofeliya Sənani xəstəxanalıq oldu

Ofeliya Sənani xəstəxanalıq oldu Mədəniyyət

Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub.

News24.az xəbər verir ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Ofeliya Sənani daha əvvəl infarkt keçirdiyini açıqlamışdı. Ona həmçinin ağciyər ödemi diaqnozu qoyulmuşdu. (Axsam.az)