Pantomima Teatrının "İblis"i - FOTOLAR
Mədəniyyət
Pantomima Teatrı Hüseyn Cavidin "İblis" əsərini səhnələşdirib.
News24.az xəbər verir ki, əməkdar artist, prezident mükafatçısı Bəhruz Vaqifoğlunun rejissorluğu ilə hazırlanan "İblis" tamaşasının təqdimatında bir çox tanınmış rejissorlar, aktyorlar, yazarlar iştirak edib.
Onlar arasında tanınmış sənətkartlar, Xalq artistləri Ramiz Həsənoğlu, Oktay Mirqasımov, Məmməd Səfa, Namiq Ağayev, Sənubər İsgəndərli, Ayan Mirqasımova, əməkdar artistlər Nofəl Vəliyev, Hüsniyyə Mürvətova, şair -yazıçı, kinodramaturq İlqar Fəhmi, Rövşən İsaq və Taleh Yüzbəyov də olub.
"İblis" tamaşasında aktyorlar - Elnur Paşa, Solmaz Bədəlova, Nuridə Musabəyli, Elnur Rzayev, Elxan Şahaliyev, Elmin Qiyaslı, Səbirə Həsənova, Cavad Nuriyev, Jalə Novruz və Səbinə Hacıyeva öz rollarını məharətlə ifa ediblər.
Tamaşadan öncə Pantomima Teatrının bədii rəhbəri və baş rejissoru Bəxtiyar Xanızadə tamaşaçıları salamlayıb.
Quruluşçu rejissor Bəhruz Vaqifoğlu bildirib ki, tamaşanı realizm üzərində qurmağa çalışıblar: "İblis dediyimiz varlığı insan özü yaradıb. Bu varlığı insan ona görə yaradıb ki, gördüyü hər fitnə - fəsadda, onu günahlandırsın və özünü günahsız kimi qələmə versin. "İblis" əsəri özü mif üzərində qurulsa da, bizim tamaşamızda miflərdən mümkün qədər uzaqlaşmağa, hər bir hadisəni realizm üzərində qurmağa çalışmışıq. Tamaşadakı obrazların xarakteri, geyimi, aksesuarları hər hansısa bir ölkəni xatırladır. Bundan əlavə müxtəlif zamanlae canlanır, məkanlar tez tez dəyişir və s. Bunlar hamısı baş verən hadisələrin hər zamanda, hər yerdə baş verdiyinə işarə edilib".