Pleybek teatrının premyerası olacaq

Pleybek teatrının premyerası olacaq Mədəniyyət
Avqustun 1-də Bakıdakı Rus evində Pleybek teatrının premyerası olacaq.

News24.az-ın məlumatına görə, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, Bakıdakı Rus evinin dəstəyi ilə tədbirin təşkilatçısı qismində Azərbaycanın Rus Gəncləri Assosiasiyası çıxış edir.

Pleybek teatrı səhnə improvizasiyasının orijinal formasıdır. Burada insanlar öz həyatlarında baş vermiş real hadisələrdən danışır və sonra onların səhnə təcəssümünə tamaşa edirlər.