Prezident Anar Kərimovu işdən çıxardı

Prezident Anar Kərimovu işdən çıxardı Mədəniyyət
Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib.

News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Prezidentin 2020-ci il 20 iyul tarixli sərəncamlarına əsasən Anar Kərimov mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti A.Kərimova verilmişdi. 5 yanvar 2021-ci ildə isə mədəniyyət naziri təyin edilmişdi.