Prezident Aqil Abbası təltif etdi

Prezident Aqil Abbası təltif etdi Mədəniyyət
Azərbaycan Prezidenti İlham Əliyev deputat Aqil Abbasla bağlı sərəncam imzalayıb. 

News24.az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, aprelin 1-i Aqil Abbasın 70 yaşı tamam olub.