“Qayınana”nın ssenaristi vəfat etdi - Foto
Mədəniyyət
Ssenarist Marqarita Maleyeva dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə aktyor Cavanşir Hadiyev sosial şəbəkə hesabında məlumat verib.
Marqarita Maleyeva Azərbaycan SSR xalq artisti, kinorejissor və ssenarist, mərhum aktyor Əjdər İbrahimovun həyat yoldaşı olub. O, xüsusilə “Qayınana” filmində ssenari müəllifi kimi tanınıb və filmin kinossenarisini Əjdər İbrahimovla birgə qələmə alıb.
M.Maleyeva həmçinin “Qəribə adam”, “Narahat adam” və digər filmlərin də ssenari müəllifidir.
Qeyd edək ki, Əjdər İbrahimov 1993-cü ildə, 74 yaşında vəfat edib.