Ramiz Məlik son mənzilə yola salınır - FOTO
Mədəniyyət
Bu gün vəfat edən tanınmış teatr və kino aktyoru Ramiz Məlik son mənzilə yola salınır.
News24.az xəbər verir ki, aktyor ilə son görüşə ailə üzvləri və sənət adamları qatılıb. Bacısı Pəri xanım bildirib ki, 3 gün əvvəl aktyorun halı pisləşib:
“Ramizin halı 3-gün idi pisləşmişdi, arıqlamışdı. Onkoloji xəstəlikdən əziyyət çəkirdi və müalicəsi mümkün olmadı”.
Ramiz Məlik İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, R. Məlik 1943-cü il, avqustun 4-də Bakıda anadan olub.
Səhnə fəaliyyəti dövründə kino və teatrda bir sıra yaddaqalan obrazlar yaradıb.
Onların arasında Marsel ("Hamlet", Uilyam Şekspir),
Aqşin ("Od gəlini", Cəfər Cabbarlı),
Barat ("Almaz", Cəfər Cabbarlı),
Leytenant ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), eləcə də "Babək", "Qanun naminə", "Doğma sahillər" və digərlərini göstərmək olar.
Könül