Ramiz Quliyev dəfn olundu - Foto

Ramiz Quliyev dəfn olundu - Foto Mədəniyyət

Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

News24.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.

Xatırladaq ki, Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev oktyabrın 15-də 78 yaşında vəfat edib. 


***


10:53


Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olunub.

News24.az xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

Daha sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn olunub.


Ramiz Quliyev dəfn olundu - Foto