Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olacaq

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olacaq Mədəniyyət
Mərhum kinorejissor, senarist, Xalq artisti Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq. 

News24.az  xəbər verir ki, mərasim martın 10-da saat 12:00-da Birinci Fəxri Xiyabanda keçiriləcək.

Xatırladaq ki, Xalq artisti Rüstəm İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.//qaynarinfo.az