Səidə Haqverdiyevadan qalmaqallı paylaşım: "Hər şeyi açıq yazacağam"
Mədəniyyət
Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva şəxsi həyatı və peşə fəaliyyəti ilə bağlı açıqlama yayıb.
News24.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində paylaşım edərək Rəşad Əhmədzadə ilə nikahına rəsmi şəkildə xitam verdiyini və uzun illər işlədiyi Azərbaycan Dövlət Kukla Teatrı ilə də yollarını ayırdığını bildirib.
Səidə Haqverdiyevanın sözlərinə görə, onu 10 illik ailə həyatını və 15 illik peşə yolunu tərk etməyə məcbur edənlər olub.