"Səsvermə olarsa, mən Şəfiqə Məmmədovanın üstündən xətt çəkəcəm" - Əməkdar artistdən QALMAQALLI SÖZLƏR
Mədəniyyət
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) ətrafında qalmaqallar bitmək bilmir.
İttiffaqda kütləvi istefanın olub-olmaması ilə bağlı deyilənlərin araşdırmaq üçün tanınmış aktrisa, Əməkdar artist Gülşad Baxşıyeva ilə əlaqə saxladıq. Aktrisa News24.az-a açıqlamasında onun istefasıyla bağlı yayılan məlumatların doğru olmadığını bildirdi:
"Bu neçə illər ərzində o qurum fəaliyyət göstəribsə də, mənim o quruma aidiyyatım olmayıb. Çünki onların nə iclaslarında, nə tədbirlərində, nə seçkilərində iştirak etməmişəm və özümü də oranın üzvü saymıram. Vəssalam. Durum ərizə yazım ki, mən istefa vermişəm, neyləmişəm?! Ərizə yazmamışam. Bilirsiniz niyə? Çünki o qurumun sədri Şəfiqə Məmmədova olsa da, mən ona görə o qurumdan çıxmaq iddiasında deyiləm. Çünki Şəfiqə bu gün var, sabah yoxdur. Amma, o ittiffaq qalacaq. Sabah onu çıxardacaqlar, başqasını qoyacaqlar. Mən Şəfiqəyə görə o qurumun üzvü olmamışam. Deyiblər təzə bir qurum yaranır, ittifaq yaranır və çox yaxşı olacağını dedilər. Mən də sevindim. Nəyə görə sevindim? Dedim ki, Allah sənə şükür kino indisturiası başlayacaq fəaliyyət göstərməyə, filmlər çəkiləcək, rollar alacağıq. Amma, heç bir şey olmadı. İndi ərizə yazmamışam və özümü oranın üzvü kimi də saymıram. Şəfiqə Məmmədovaya görə çıxası deyiləm. Səsvermə olarsa, mən onun üstündən xətt çəkəcəm ki, o seçilməsin".
Aynurə FATEH