Stiven Siqal Türkiyəyə gedir

Stiven Siqal Türkiyəyə gedir Mədəniyyət
Məşhur kino ulduz və aykido üzrə yeddinci Dan qara kəmər ustası Stiven Siqal Türkiyədə filmə çəkiləcək. Bu məqsədlə aktyor  Türkiyəyə gedir.

News24.az-ın xəbərinə görə, Siqalı 2015-ci ildə ailəsi ilə Yunanıstana gedərkən qayıqda batan 3 yaşlı suriyalı Aylan Kurdin həyatını əks etdirən filmdə əsas rollardan birini oynayacaq.

Çəkilişlər Bodrumda aparılacaq.

Xatırladaq ki, filmin prototipi Suriyada vətəndaş müharibəsindən qaçaraq Yunanıstana getmək istəyən 3 yaşlı Aylan Kurdinin ailəsinin mindiyi qayıq yola düşəndən bir neçə dəqiqə sonra batməşdı. Hündür dalğaların aşırdığı qayıqdakı körpənin cansız bədəni isə Bodrum sahillərində tapılmışdı. 3 yaşlı Aylanın faciəsi bütün dünyanı sarsıtmışdı.