Şuşada 8 Noyabr – Zəfər Günü münasibətilə atəşfəşanlıq olub
Mədəniyyət
Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə silsilə tədbirlər başa çatıb.
News24.az "Report"a istinadla xəbər verir ki, şəhərdə əvvəlcə Qarabağ Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib.
Proqramda şəhər sakinləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndələri iştirak ediblər.
Günün yekununda isə möhtəşəm atəşfəşanlıq olub.