Tanınmış azərbaycanlı parodiyaçı VƏFAT ETDİ

Tanınmış azərbaycanlı parodiyaçı VƏFAT ETDİ Mədəniyyət
Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib.

News24.az APA-ya istinadən xəbər verir ki, 1949-cu il təvəllüdlü H. Cəbrayılov bu gün səhər saatlarına müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, 70 illik yubileyini bu yaxınlarda qeyd edən sənətçi  bir neçə gün əvvəl ürək çatışmazlığı səbəbilə xəstəxanaya aparılıb və əməliyyat olunub.